>> Op. Dr. Rövşən Xəlilzadə

t.f.d. həkim – neyrocərrah

t.f.d. həkim – neyrocərrah

1989-1995-ci illərdə ATU Müalicə-profilatika fakültəsində təhsil almış, 1995-1997-ci illərdə ATU-nun Neyrocərrahiyyə kafedrasında klinik ordinaturanı, 1997-2000-ci illərdə həmin kafedrada aspiranturanı bitirmişdir.

2000-2004-cü illərdə Türkiyədə İstanbul Universitetində Neyrocərrahlıq ixtisası üzrə təhsil almışdır.

2005-ci ildə University of London, St. George’s Medical School Hospital-da ümumi neyrocərrahiyyə üzrə altı aylıq ixtisas kursu keçmişdir.

2006-ci ildə Tel-Aviv University Sackler Faculty of Medicine, Tel-Hashomer Hospital-da pituitar cərrahiyyə və neyronaviqasiya üzrə dörd aylıq ixtisas kursları keçmişdir.

2009-cu ildə İzmir 9 Eylül Universiteti xəstəxanasında spinal neyrocərrahiyyə kursu keçmishdir.

2012-ci ildə Avstriyada Salzburg Paracels University Christian Doppler Clinic-də epilepsiya cərrahiyyəsi üzrə kurs keçmişdir.

Ali Attestasiya Kommissiyasının qərarı ilə 2006-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.

2013-cü ildən Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının dosentidir.

Avropa Neyrocərrahiyyə Cəmiyyətləri Assosiasiyasının fərdi üzvü, ABŞ Sir Walter E. Dandy Neyrocərrahiyyə Cəmiyyətinin üzvüdür.

İcra etdiyi əməliyyatlar:

Baş beyin şişləri

Baş beynin damar xəstəlikləri

Kiari malformasiyası cərrahiyyəsi

Onurğanın degenerativ xəstəlikləri (fəqərəarası disk yırtıqları, dar onurğa kanalı və s.)

Onurğa beynin şişləri

Kəllə-beyin və onurğa sütununun travmaları

Periferik sinirlərdə aparılan əməliyyatlar

Hipofiz vəzin endoskopik əməliyyatları