>> Dr. Müşfiq Sadıqov

Anestezioloq-reanimatoloq

Anestezioloq-reanimatoloq

1990-1996-cı illərdə ATU-nun II Müalicə-profilaktika fakültəsində təhsil almış, 1997-ci ildə anesteziologiya-reanimasiya üzrə internatura keçmişdir.

2007-2008-ci illərdə Rusiya Federasiyası Kursk Dövlət Tibb Universiteti Diplomdan sonrakı təhsil fakültəsində, 2010-cu ildə Moskva Tibb Akademiyasında Diplomdan sonrakı təhsil fakültəsində anesteziologiya-reanimasiya üzrə təkmilləşdirmə kursları keçmişdir.

2010-cu ildə həmçinin Türkiyə Malatya şəhəri İnönü Universitetində anestezioloiya üzrə stajirovka keçmiş, 2013-cü ildə Meçnikov adına Şərq-Qərb Universitetində endoskopiya üzrə təkmilləşmə kursu keçmişdir.

2006-cı ildən Məlikov adına 6 saylı BŞX-də, 2013-cü ildə “Baku Clinic”-də anestezioloq-reanimatooq vəzifəsində çalışır.