>> Dr. Zakir Səmədov

Cərrah-fleboloq

Cərrah-fleboloq

1985-1991-ci illərdə ATİ-nin II Müalicə-Profilaktika Fakültəsində təhsil almış, 1991-1992-ci illərdə M.Topçubaşov adına Elmi Tədqiqat Klinik Eksperimental Cərrahiyyə İnstitutunda internatura keçmişdir.

1992-2005-ci illərdə Azərbaycan Müdafiə Nazirliyinin hospitallarında, 2005-2014-cü illərdə isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar Şöbəsində baş ordinator cərrah kimi çalışmışdır.

2008-2009-cu illərdə Gülhanə Hərbi Tibb Akademiyasının Kardiocərrahiyyə Bölməsində ixtisaslaşma kursu keçmişdir.

Damar cərrahı kimi, magistral damarların süni protezlə şuntlanması, autovenoplastikası, flebektomiya, trombembolektomiya, skleroterapiya əməliyyatlarını icra edir, o cümlədən səthi və dərin venaların tromboflebitinin konservativ müalicəsini aparır.