>> Dr. Ülviyyə Məmmədova

Həkim - terapevt, gastroenteroloq

Həkim - terapevt, gastroenteroloq

2002-2008 ci illərdə ATU-nun Müalicə işi fakültəsində təhsil almış, 2008-2009-cu illərdə 5 sayli Klinik Xəstəxanada Daxili xəstəliklər şöbəsində internatura keçmisdir.

2008 və 2009-cu illərdə IFMSA( International Federacion of Medical Students Assosiations) Beynəlxalq Tibb Tələbələri ve Gənc həkimlər mübadilə proqrami layihəsində keçirilən müsabiqənin nəticəsinə əsasən, 2008-ci ilde Türkiyədə (Ankara Hacettepe Universiteti), 2009-cu ilde İtaliyada ( University Hospital Policlinic of Catania) Daxili xəstəliklər, Qastroenterologiya və Hepatologiya şöbələrində təcrübə keçmişdir.

2011-2012-ci illərdə Türkiyə Istanbul Tibb Universiteti Cərrahpaşa Tibb fakültəsi Qastroenterologiya ve Hepatologiya şöbəsində ixtisaslaşma kursu keçmişdir.

2009-cu ildən etibarən Baki Dəmiryolu Xəstəxanasi Terapiya (stasionar) şöbəsində terapevt qastronteroloq-hepatoloq kimi fəaliyyət göstərir, 2015-ci ildən etibarən iş fəaliyyətini yanaşı olaraq  “Baku Clinic”-də davam  etdirir.

Qastroenterologiya və hepatologiyaya həsr olunmuş yerli və beynəlxalq konfrans və simpoziumların daimi iştirakçısıdır.

Asiya-Pasifik Ölkələri Qaraciyər Araşdirmaları Dərnəyinin (APASL), Avropa Qaraciyər Araşdırmaları Dərnəyinin (EASL) həqiqi üzvü, Türkiyə Qaraciyər Araşdırmaları Dərnəyinin (TKAD) fəxri üzvüdür.