>> T.ü.f.d. Dr. Ruslan Nəcəfov

Həkim - kardioloq

Həkim - kardioloq

1987-ci ildə ATİ-ni fərqlənmə ilə bitirərək Azərbaycan Dəmiryolu Xəstəxanasında reanimatoloq kimi işləməyə başlamışdır. 1994-cü ildən ET Kardiologiya İnstitutunda çalışır.

1999-2000-ci illərdə Türkiyədə Gülhanə Əsgəri Tibb Akademiyasında, 2005-ci ildə Türkiyədə Yüksək İxtisas, 2012-ci ildə Avstriyanın Salsburq şəhəri Landeskrankenhaus xəstəxanasında kardiologiya üzrə ixtisasartırmada olmuşdur.

2005-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir, tibb üzrə fəlsəfə doktorudur.

2011-cu ildən Avropa Kardiologiya Cəmiyyətinin həqiqi üzvüdür (FESC).

Dərc olunmuş 50-dən artıq əsərin, o cümlədən 2 dərslik, 2 metodik tövsiyə və 2 klinik protokolun müəllifidir.

2000-ci ildə Mərkəzi Klinik Xəstəxanada Baş həkimin müavini işləmişdir. 2007-ci ildən “Baku Clinic”də kardioloq kimi çalışır. Exokardioqrafiya, Holter monitor və Tredmil test kimi kardioloji müayinələrin aparılması ilə məşğul olur.