
>> Dr. Rafiq Quliyev
t.e.d professor həkim - terapevt
t.e.d professor həkim - terapevt
1982 -ci ildə Saratov Tibb İnstitunun Hərbi tibb fakültəsini bitirmişdir. 1993-cü ildə isə Sankt-Peterburq (Rusiya) Hərbi-Tibb Akademiyasının 1-ci fakültəsini terapiya ixtisası üzrə bitirmişdir. Priozyorsk,Alma-Ata,Moskva şəhərlərinin hospitallarinda, Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının klinikalarında uzun müddət işləmişdir. .
Müdafiə Nazirliyinin Baş klinik hospitalında terapiya şöbəsinin müdiri, 6 il müddətində Müdafiə Nazirliyinin Baş Terapevti vəzifəsində çalışmışdır. .
13 il ərzində Azərbaycan Tibb Universitetində dekan və Terapiya kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir
Terapiyanın müxtəlif sahələri üzrə (kardioligiya, qastroenterologiya, revmatologiya, homeopatiya ) üzrə Rusiyada, Almaniyada, Avstriyada təkmilləşmə kurslarında olmuşdur.
Tibb universiteti tələbələri və həkimlər ücün 6 dərslik və dərs vəsaitinin müəllifidir. Respublika və xarici elmi-tibbi jurnallarda 70-dən Çox elmi məqalələri dərc edilmişdir.
1999-cu ildə İstanbul Universiteti Tibb fakültəsinin Fizioterapiya və Tibbi Reabilitasiya bölümünü bitirmiş, 2002-ci ildə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultəsinin Fizioterapiya bölməsində elmi dərəcə (uzmanlıq) almışdır.
1999-2004-ci illərdə İstanbul Memorial Hospitalının Fizioterapiya və Tibb Reabilitasiya bölümünün şöbə müdiri işləmişdir.
2004-2007-ci illərdə İstanbulda Pediatrik Reabilitasiya Mərkəzinin rəhbəri və şöbə müdiri işləmişdir.
2007-2009-ci illərdə İstanbul Ortopediya Mərkəzinin Fizioterapiya və Tibb Reabilitasiya bölümünün şöbə müdiri işləmişdir.
2009-2012 ci illərdə Mərkəzi Gömrük Hospitalında şöbə müdiri işləmişdir.
2012-2015 ci illərdə Bioloji Təbabət Klinikasında şöbə müdiri işləmişdir..
2015-ci ildən “Baku Clinic”-də şöbə müdiri işləyir.
Türkiyə, Avropa və Amerikada bir sıra kurslarda iştirak etmişdir.