
>> Dr. Rəna Abdullayeva
Həkim - mammoloq
Həkim - mammoloq
1994-ci ildə Tibb Universitetin Müalicə işi fakultəsini fərqlənmə diplomu ilə bitirib.
1994-1995-ci illərdə Bakı şəhər Onkoloji Dispanserində həkim-onkoloq ixtisası üzrə internatura keçib.
Dəfələrlə Azərbaycanda və xarici ölkələrdə kurslar keçib, konfranslarda, simpozium və qurultaylarda aktiv iştirak edib.
1995-ci və 1999-cu illərdə “Döş qəfəsi orqanlarının və süd vəziləri şişlərinin müalicə və diaqnostikası” kurslarında iştirak edib.
2004-cü ildə “Qadın cinsiyyət orqanlarının şişlərinin diaqnostikası ve müalicəsi” kursunda iştirak edib.
2005-ci ildə N. N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzdə “Onkoginekoloji xəstələrin diaqnostikası və müalicəsi” kursunda iştirak edib.
2006-ci ildə “Bədxassəli şişlərin kimyəvi ve hormonal terapiyası” kursunda iştirak edib.
2009-ci ildə onkologiya üzrə ümumi təkmilləşmə kursunu keçib.
2012-ci ildə EGE Universitetinin Tibb fakultəsində (Türkiyə İzmir) “Meme hastalıkları” kursunda iştirak edib.
İcra etdiyi müayinələr:
- Süd vəzidə olan şübhəli toxumanın və ya törəmələrin, limfa düyünlərin punksion biopsiyası;
- Süd vəzidə olan törəmələrin perkutan (tru-cut) biopsiyası;
- Süd vəzidə olan kistaların (müayinə və müalicə məqsədilə) aspirasion biopsiyası;
- Süd vəzi dərisində və ya gilədə olan xoralı törəmələrdən tikə biopsiyası və yaxmanın götürülməsi;
- Gilədən gələn naməlum mənşəli ifrazatdan yaxmanın götürülməsi;
- Süd vəzilərdə ağrı, ödem, ağırlığın səbəbkarı olan, süd vəzilərin dishormonal hiperplaziyanın (mastopatiyanın) müalicəsi;
- Süd vəzi makrokistlərin cərrahiyyə əməliyyatsız,aspirasiya üsulu ilə müalicəsi;
- Gilədən gələn ifrazatın səbəbkarı olan qalaktoreya, duktal ektaziyanın müalicəsi;
- Süd vəzidə olan iltihab proseslərin (laktasion və qeyri-laktasion mastitlərin) müalicəsi;
- Süd vəzilerin posttravmatik hematomaların müalicəsi;
- Süd vəzidə olan şübhəli toxumaların, törəmələrin hər növ biopsiyaları.
İş təcrübəsi:
24 ildir həkim onkoloq-mammoloq kimi çalışır.
1995-ci ildən 2016-ci ilə qədər (22 il) Milli Onkologiya Mərkəzində həkim-onkoloq vəzifəsində çalışıb, 2009-cu ildən MOM-ın “Süd vəzinin şiş önü xəstəliklərinin müalicə və profilaktikası”şöbəsində onkoloq-mammoloq kimi fəaliyyət göstərib.
2016-cı ildən Şəfa MDM klinikada qəbul şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-cı ildən etibarən hazırda Baku Clinic-də çalışır.