>> Dr. Nizami Murtuzayev

Həkim - ortoped, travmatoloq

Həkim - ortoped, travmatoloq

1968-1974-cü illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə Profilaktika fakültəsində təhsil almış, 1974-1975-ci illərdə Bakı Travmatologiya və Ortopediya İnstitutunda cərrah travmatoloq-ortoped ixtisası üzrə internatura keçmişdir.

1975-2016- cı illərdə 3 №-li Bakı şəhər Klinik Xəstəxanasında travmatologiya –ortopediya şöbəsində ordinator, daha sonra şöbə müdiri işləmişdir.

1977-1978-ci illərdə Moskva şəhərində Mərkəzi Elmi Travmatologiya  Ortopediya İnstitutu və 59 №-li xəstəxanada ezam olunmuş işçi kimi, 1982-ci ildə Moskva şəhərində 23 №-li xəsətəxanada ostomielit xəstələri ilə işləmişdir.

İcra etdiyi əməliyyatlar:

–           Bütün borulu sümüklərin intra, ekstra modulyar, metal, osteosintezləri

–           Borulu sümüklərə autosümüktransplantatların köçürülməsi

–           Sümük xoş xassəli şişlərinin əməliyyatları

–           Ətraflarda əzələ-bağ sistemində rekonstruktiv əməliyyatlar

–           Ayaq barmaq deformasiyalarının cərrahi əməliyyatları

–           Borulu sümüklərin sınıqlarında kompression-distraksion aparatların tətbiqi

Həmçinin uşaqlarda və böyüklərdə ortopedik xəstəliklərin diaqnostikası, konsultasiyası və müalicəsini aparır.