>> Dr. Məmməd Nəsibov

t.e.n. сərrah - otolarinqoloq

t.e.n. сərrah - otolarinqoloq

1971-ci ildə ADTİ-nin  Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1971 – 1973 illərdə Sovet ordusu sıralarında hərbi həkim kimi qulluq etmişdir və 1973-cü ildə ordu sıralarınan təxlis olduqdan sonra “otorinolarinqoloq” (burun-boğaz-qulaq) ixtisası ilə karyerasını davam etmişdir. 1973-cü ildən bəri müxtəlif tibb ocaqlarında, o cümlədən, Ə. Qarayev adına Birləşmiş Uşaq Kliniki Xəstəxanasının burun-boğaz-qulaq şöbəsində (1975 – 1997) həkim, baş ordinator və şöbə müdiri vəzifələrində, Ə. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında (1997 – 2014) burun-boğaz-qulaq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1985 – 1989-cu illərdə Kuybışev Tibb İnstitutunun Otorinolarinqologiya kafedrasında elmi tədqiqatlar aparmış və namizədlik dissertasiyasını 1989-cu ildə uğurla müdafiə edərək “tibb elmləri namizədi” elmi dərəcəsini almışdır.

Eyni zamanda, Roma, Moskva, Sankt-Peterburq, Kiyev, Samara və Donetsk şəhərlərinin aparıcı klinikalarında praktiki təlimlərdə və dünya səviyyəli peşəkar konfranslarda iştirak etmişdir.

Hal-hazırda “Baku Clinic”-də burun-boğaz-qulaq həkimi vəzifəsində çalışır.