>> Dr. Lalə Səlimxanova

t.f.d. həkim - endokrinoloq

t.f.d. həkim - endokrinoloq

1989-cu ildə Moskva şəhərində  Rusiya Tibb Elmləri Akademiyasının Endokrinologiya və Hormon Kimyası İnstitutunda “Şəkərli Diabet” mövzusu üzrə dissertasiya müdafiə etmişdir. 1985-1995-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra dosenti və 1995-2010-cu illərdə isə ATU-da Terapiya kafedrasının dosenti olmuşdur.

Şəkərli Diabetin Tədqiqi üzrə Avropa Assosiasiyası, Amerika Diabet Assosiasiyası, Avropa və Rusiya Ginekoloqlar və Endokrinoloqlar Assosiasiyası,, Avropa Neyroendokrinoloqlar Assosiasiyası, Avropa Uşaq Endokrinoloqları Assosiasiyası kimi nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.

Şəkərli diabetin tədqiqi üzrə 100-ə yaxın elmi əsərin, 12 səmərəli təklifin və mədəaltı vəzinin inkretor funksiyasının tədqiqi üzrə elmi ixtira patentinin müəllifidir.