>> Op. Dr. Kamil Hacıyev

t.f.d. Ümumi cərrahiyyə uzmanı

t.f.d. Ümumi cərrahiyyə uzmanı

1989-1995-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsində, 1996-2001-ci illərdə Ankara “Nümune Eğitim və Araştırma Hastanesi”-də Ümumi Cərrahiyyə üzrə uzmanlıq təhsili almışdır.

2001-2002-ci illərdə “Nümune Eğitim və Araştırma Hastanesi”-də Endokrin Cərrahiyyə üzrə kurs keçmişdir.

ABŞ-ın Yale Universitetində Endokrin və Metabolik Cərrahiyyə üzrə kursu müvəffəqiyyətlə başa vurmuşdur.

Türkiyə Hepatobiliar və Endokrin Cərrahiyyə Dərnəyinin həqiqi üzvü, ATU-nun Ümumi Cərrahiyyə fakültəsinin doktorantıdır.

İcra etdiyi əməliyyatlar:

  • Hepatobiliar Cərrahiyyə (qaraciyər, öd kisəsi, öd yollarının cərrahi xəstəlikləri)
  • Mədə-bağırsaq Cərrahiyyəsi, qida borusunun axalaziyası, diafraqmal yırtıq, kolorektal proktoloji xəstəliklərin cərrahi müalicəsi)
  • Endokrin Cərrahiyyə (tiroid, paratiroid,pankreas və böyrəküstü vəzinin cərrahi xəstəlikləri)
  • Metabolik Cərrahiyyə (Obez cərrahiyyəsi, 2-ci tip Diabet xəstəliyinin cərrahi müalicəsi)

Varikoz genişlənmələrinin cərrahi müalicəsi