>> Op. Dr Emil Muxtarov

t.f.d. uroloji uzman, cərrah uro-androloq

t.f.d. uroloji uzman, cərrah uro-androloq

1996-cı ildə ATU-nun Pediatriya fakültəsini bitirmiş, 1996-1998-ci illərdə kliniki ordinatura, 1998-2001-ci illərdə doktorantura təhsili almışdır.

2002, 2009-2013-cü illərdə ATU-da kafedra assistenti vəzifəsində çalışmışdır.

2003-2008-ci illərdə Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasında uroloji uzmanlıq üzrə təhsil almış, 2010-cu ildə isə təhsilini Fransada Strasburq Universitetində Laparoskopik Uroloji Cərrahiyyə üzrə davam etdirmişdir.

2014-cü ildə 1 ilə yaxın müddətdə Türkiyədə 8 Eylül Xəstəxanasında çalışmışdır.

2017-ci ildən fəaliyyətini “Baku Clinic”-də davam etdirir.

Əsas icra etdiyi əməliyyatlar və tibbi müalicələr:

– Qapalı və açıq böyrək daşı və törəmələri əməliyyatları (perkutan nefrolitotomiya, laparoskopik nefrektomiya və pieloplastika və s.)

– Qapalı və açıq prostat əməliyyatları (prostatektomiya, TUR və s.)

– Qapalı və açıq sidik kisəsi daşları və törəmələri əməliyyatları (sistektomiya sidik yollarının plastikası, TUR, endoskopik sistolitotripsiya və sistolitotomiya və s.)

– Sidik axarlarının daşları və diyər xəstəliklərinə görə qapalı və açıq əməliyyatları (ureterorenoskopiya – URS, laparoskopik ureterolitotomiya, ureteroplastika və s.)

– Vartikoselektomiya (mikroskopik)

– Kişilərdə iktidarsızlıq (impotensiya) zamanı tibbi müalicə və cinsi alətin protezinin qoyulması, cinsi alətin əyriliyi zamanı əməliyyatlar

– Sidik qaçırmalarının müalicəsi və az invaziv cərrahi korreksiyaları

– Sidik yollarının daş xəstəliyində metabolizmin tədqiqatı və müalicəsi (daş əridilməsi)

– Xaya və artımları xəstəliklərinin tibbi müalicəsi və əməliyyatları

1993-1996-cı illərdə Məmməd Əmin Rəsulzadə adına Qranta layiq görülmüş, 2011-ci ildə “İlin Uroloqu” adı ilə təltif olunmuşdur.

Azərbaycan Tibb Assosiasiyası (ATA), Avropa Urologiya Dərnəyi (EAU), Avropa Transluminal Cərrahiyyə Assosasiyası (EATS), Uroloji Cərrahlar Assosasiyası, Türk Urologiya Dərnəyi, Türk Andrologiya Dərnəyi, Azərbaycan Andrologiya Dərnəyi, Alman-Azərbaycan Tibbi Əməkdaşlıq Assosasiyası (GAMCA), Bakı Cərrahlar Klubu kimi yerli və beynəlxalq qurumların üzvüdür.