
>> Dr. Dilarə Kərimbəyova
Şua-diaqnostikası üzrə həkim
Şua-diaqnostikası üzrə həkim
1971-1977-ci illərdə ADTİ-də “Müalicə işi” ixtisası üzrə təhsil almış,1977-1978-ci illərdə 2 saylı Şəhər Klinik Xəstəxanasının bazasında terapiya ixtisası üzrə internatura keçmişdir.
1979-cu ildən Şəhər Onkoloji Dispanserində həkim-onkoloq vəzifəsində çalışmış, 1986-cı ildən şəhər onkoloji dispanserinin ultrasəs kabinetində həkim işləmişdir.
1986-cı ildə 5 saylı şəhər klinik xəstəxanasında USM kabinetində stajirovka keçmişdir.
1987-ci ildə Moskva şəhərində yerləşən Onkologiya ETRTÖİ-də ultrasəs müayinələrin tədqiqi üzrə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda qadın cinsi orqanlarının bədxassəli şişlərinin diaqnostikası və müalicəsi üzrə tam kurs keçmişdir.
Həmin il attestasiya komissiyasında attestasiyadan keçmiş və I kateqoriya ultrasəs diaqnostikası həkimi ixtisası almışdır.
1994-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə Dilarə Kərimbəyovaya
yüksək kateqoriyalı ultrasəs diaqnostikası həkimi ixtisası verilmişdir.
1999-cu ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Bədxassəli şişlərin diaqnostikası və müalicəsi” üzrə, 2014-cü ildə Tbilisi şəhərində ultrasəs müayinəsi üzrə kurs keçmişdir.