Baku Clinic-in Fizioterapiya şöbəsi yüksək ixtisaslı peşəkar mütəxəssisləri və təchiz edilmiş müasir tibbi avadanlıqlar ilə Sizin xidmətinizdədir.

Müasir Fizioterapiyada məqsədimiz

Xəstələrin patologiyasına əsaslanaraq fiziki potensiallarını aşkara çıxarmaq , inkişaf etdirmək, normallaşdırmada vasitəçi olmaq və maksimum dərəcədə fərdilik qazandıraraq sosial həyata geri qaytarmaqdır.

Müalicəvi təsiri

  • Müalicəvi metodlar
  • Limfodrenaj
  • Sedativ (sakitləşdirici)
  • Qan dövranı normallaşdıran
  • İltihab əleyhinə
  • Sinir-əzələ stimul
  • Ağrıkəsici

Fizioterapiya 2 əsas istiqamətə ayrılır:

  • Elekteoterapiya
  • Reabilitasiya

Elektroterapiya

  • Ultrasəs
  • Kombinə elektroterapiya
  • Elektrostimulyasiya
  • Qısa dalğa, mikrodalğa
  • Lazer
  • Traksiya (mexaniki dartma)
  • Hot pack, cold pack
  • Maqnitoterapiya
  • Parafin
  • Limfodrinaj
  • ESWT (dalğalı zərbə terapiyası)

Reabilitasiya – orqanizmin itirilmiş funksiyalarının bərpa edilməsi və sosial yaşama geri qaytarılması deməkdir.

  • Beyin cərrahiyyədən sonra reabilitasiya
  • İdmançı reabilitasiyası
  • Nevroloji reabilitasiya
  • Pediatrik reabilitasiya
  • Revmatoloji rehabilitasiya
  • Ortopedik cərrahiyyədən sonra reabilitasiya
  • Kardio cərrahiyyədən sonra reabilitasiya

ƏN ÇOX MÜALİCƏ ETDİYİMİZ XƏSTƏLİKLƏR:

  • Ostrexondroz (boyun, bel, disk yırtıqları)
  • Skolioz, Kifoz
  • Artrozlar (çiyin, bud-çanaq, diz və s.)
  • İflicli xəstələr
  • Travmalar (əzələ, oynaq, siniz)
  • Uşaq serebral iflici
  • Doğuş zamanı yaranmış travmalar
  • Displasiya
  • Tortikolis (boyun əyriliyi)

Bildiyimiz ümumi fiziki müalicə üsullarından əlavə şöbəmizdə digər müalicə metodları da var. Bunlar:

Biopunktura

Homeosiniatriya təbii dərman maddələrinin orqanizmə parenteral yolla yeridilməsidir. Bu metod akapunktura nevrologiya və hemotoksiqologiya əsasında yaradılmışdır. 7-8 mm ölçüyə qədər olan bel və boyun yırtıqlarında (herniya) 3 aylıq kusdan sonra yarıya qədər və daha çox azalmaya nail olunur.

Kinesiotape

Kinesiotape bantlama metodu idman yaralanmaları, ağrı müalicəsi və fiziki müalicə sahəsində istifadə edilir, əzələ və oyanaqları dəstəkləyərək bədənin təbii müalicə mexanizmini sürətləndirir.

Akapunktur

Akapunktur bədəndəki müayyən edilmiş nöqtələrə iynə batırılaraq tətbiq olunan elmi bir müalicə üsuludur, insan beynində limbik system adlı bölgənin fəaliyyətini nizamlayaraq təsir edir.

 

Sizin rahatlığınızı nəzərə alaraq Baku Clinic-in Fizioterapiya şöbəsində kişilər, qadınlar və uşaqlar üçün prosedurlar ayrı-ayrı otaqlarda keçirilir. Aparılan müalicələr kompleks və individual şəkildə həyata keçirilir.

Şöbəmiz həftənin 6 günü saat 8:00-18:00-a qədər Sizin xidmətinizdədir.