Baku Clinic-in Laboratoriyasında beynəlxalq standartlara cavab verən son model tam avtomatlaşdırılmış robot analizatorları ilə təchiz olunmuşdur.

Baku Clinic laboratoriyasında müayinələr insan müdaxiləsi olmadan 0.001 dəqəqliklə 3000 növdən çox analizlər aparılır. Klinikamızın həkim və laborantları müasir avadanlıqlarla iş üzrə təlim və attestasiyadan keçmişdir. Analizlərin nəticələrini elektron ünvan vasitəsilə yaxud da saytda (www.bakuclinic.az ) qeydiyyatdan keçməklə əldə edə etmək mümkündür.

Baktereoloji analizlər

İnsanlarda mövcud olan patogen bakteriyaların aşkar olunması üçün Baku Clinic-də bütün növ baktereoloji analizlər aparılır. Bununla bərabər 30 növ antibiotikə qarşı həssaslıq da xəstələrə təqdim edilir.

Avadanlıq:“Humoscope” mikroskopu

Ölkə: Almaniya

Təsvir: Tibb aləmində son modellərdən sayılan dəqiq elektron mikroskop.

Üstünlük: Daha aydın görüntülər, daha dəqiq diaqnoz verməyə imkan yaradır.

Koaquloqramma

İnsanın qan dövranının yaxşı olmaması hər hansı xəstəliyin başlanğıcı ola bilər. Bu problemləri aradan qaldırmaq üçün koaquloqramma analizindən keçməsi vacibdir.

Avadanlıq:“Dia check”

Ölkə: İspaniya

Təsvir: Laxtalanma, qanaxma müddətini verir, qan dövranında olan fibrinogen təyin edir və qanda olan protombinin zamanını və indeksini göstərir.

Üstünlük: Yalnız klinikamızda aparatla aparılır.

Biokimyəvi analizlər

Klinikamızda biokimyəvi analizlərə xüsusi diqqət yetirilir. Xəstələrin müalicəsi zamanı daxili orqanların vəziyyəti haqqında informasiya verən biokimyəvi analizlər Baku Clinic-də yüksək keyfiyyətli avadanlıqlar vasitəsilə peşəkar həkim-laborantlar tərəfindən aparılır.

Avadanlıq: “Vitros 350” quru sistemlə çalışan avtomat robot.

Ölkə: ABŞ

Təsvir: İnsan müdaxiləsi olmadan quru sistemlə çalışan qapalı analizatordur.

Üstünlük: Azərbaycanda yalnız Baku Clinic-də fəaliyyət göstərən heyrətedici quru sisteme malik bu avadanlıq bütün dünyada qəbul olunmuş ən həssas və dəqiq analizatordur.

Hormonlar

İnsanlarda geniş yayılmış hormon dəyişikliklərin səbəbini tapmaq üçün Baku Clinic-də hormonların tətqiqinə böyük yer ayrılıb.

Yalnız Baku Clinic-də bu analizlər hemilüminessent metodu ilə aparılır. Bu metodla nəticələr mində bir dəqiqliklə əldə edilir.

Avadanlıq: “Vitros ESIC Q”

Ölkə: ABŞ

Təsvir: Qapalı sistemlə işləyir. Baku Clinic-də quraşdırılan, Azərbaycanda analoqu olmayan analizator qanda hormonların, infeksiyaların tədqiqinə və onkoloji testlərin yüksək səviyyədə aparılmasına geniş şərait yaradır.

Üstünlük: Hemilüminessent robotu tez (20-40 dəqiqə ərzində) mində bir dəqiqliklə həssaslığı ilə qandakı hormonları təyin edir.

İnfeksional analizlər

Bütün insanlarda, hamiləlik zamanı qadınlarda infeksiyaların, eləcə də son vaxtlar çox yayılmış A,B,C,D hepatit viruslarının, brüsselloyoz və s. xətəlikləri törədən infeksiyaların aşkar olunması üçün Baku Clinic-in laboratoriyasında hər bir şərait var.

Avadanlıq: Triturus analizatoru

Ölkə: İspaniya

Təsvir: Robot qanda olan infeksiyaları insan müdaxiləsi olmadan son dərəcə dəqiq və qüsursuz tədqiq edir. Tibb aləminin ən son yeniliklərindən sayılır. Müasir tibb standartlarına uyğun olan bu aparat qısa müddət ərzində 100%-li dəqiqliyin əldə olunmasına şərait yaradır.

Üstünlük: Analizator nütün prosesi insan müdaxiləsi olmadan özü həyata keçirir və nəticələr daha tez əldə olunur.

Avadanlıq: Allergic Analytic analizatoru

Ölkə: Almaniya

Təsvir: Tibbi avadanlıq və reaktivlərin vasitəsilə yüksək səviyyədə bütün növ laborator spesifik allergen müayinələri aparılaraq bir sıra allergenlərə qarşı həssaslıq təyin edilir.

Üstünlük: Bu avadanlıq dəstinin son nəticələri dəqiqliklə oxunur və cavablarda aydın şəkildə göstərilir.

Polimeraz zəncirvari reaksiya (PZR)

Baku Clinic-də son zamanlar bütün dünyada sürətlə yayılmış Hepatit B və C virusları, elecə də başqa infeksion törədiciləri DNT səviyyəsində aşkar olunur, yəni ən qısa zamanda eksklüziv avadanlıqların vasitəsilə təyin edilir. İnkişaf etmiş dünya ölkələrində müayinənin tam dəqiqləşdirilməsi, eləcə də müalicənin effektivliyini izləmək məqsədilə yalnız PZR diaqnostikasından istifadə olunur.

Azərbaycanda HEPATİT viruslarının genotopini müəyyən etməkdə laboratoriyamızın analoqu yoxdur.

Avadanlıq: ABI PZR analizatoru

Ölkə: ABŞ

Təsvir: Dünya tibb aləminin ən həsas (<10 IU/ml keyfiyyət analizi, (<20 IU/ml- kəmiyyət analizi) ABI PZR analizatorudur. Analizator real-taym rejimi ilə işləyir.

Azərbaycanda yalnız Baku Clinic-də mövcuddur. Bu qüsursuz və səhvsiz metod diaqnozun tam və dəqiq təyin edilməsinə, sonrakı mərhələdə isə müalicənin effektivliyini artırmaqda həkimlərə misilsiz köməklik göstərir. Hepatit C və s. infeksion xəstəliklərin müalicəsində PZR laboratoriyası mühim yer tutur.

Üstünlük: Artıq pasiyentlərin günlərlə gözləyib həyacan keçirməsinə ehtiyac qalmır! Analizlərin nəticələri elə həmin gün verilir. Bu da müalicənin dərhal başlamasına şərait yaradır. Kontaminasiya (qarışma) riski yoxdur, xəstələrin başqa ölkələrə getməyini lazımsız edir.

Avadanlıq: Leica mikroskopu

Ölkə: Almaniya

Təsvir: Tibb aləmində son modellərdən sayılan dəqiq kompüterləşdirilmiş və foto-kamera ilə təchiz olunmuş elektron mikroskop.

Üstünlük: Aydın görüntülü Leica mikroskopu ilə aparılan klinik analizlər zamanı tapılmış mikroorqanizmlərin şəkili çəkilərək pasiyentə təqdim edilir.