Baku Clinic-in Endokrinoloqları KOREYADA BEYNƏLXALQ ELMİ KONQRESDƏ
2-6 Dekabr 2019-cu il tarixində Koreyanın Busan şəhərində Beynəlxalq #Diabet Federasiyasının (BDF) Dünya Diabet Konqresi keçirilib. Mərasimdə 180 ölkənin 250 milli diabet assosiasiyasının nümayəndələri iştirak edib.
Baku Clinic-in #Endokrinoloqları t.ü.f.d. Dr. Rauf Cabbarov və Dr. Vahid Kərimov forumda iştirak edən Azərbaycan təmsilçiləri sırasında olublar.
Qeyd edək ki, #BDF Konqresi hər iki ildən bir dünyanın fərqli yerlərində keçirilir. Hollandiyanın Leiden şəhərində 1952-ci ildə keçirilmiş ilk qurultayından 2017-ci ildə Abu Dabidə keçirilən ən son konqresə qədər iştirakçıların sayı 180 ölkədən 250 milli diabet assosiasiyasının 12000-ə yaxın nümayəndələri iştirak edib.