Ölkəmizdə ilk şpris istehsalçısı olan “Diamed Co” zavodu Beynəlxalq sərgidə sertifikata layiq görülüb

6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK)  dəstəyi, “Caspian Event Organisers” (СEO)  şirkətinin  təşkilatcılığı ilə Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbir olan “Medinex” – Tibb İnnovasiyaları Sərgi və Forumu keçirilib.

Sərginin ekspozisiyası dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirib.

“Made in Azerbaijan” brendi altında təqdim edilən, ölkəmizdə ilk şpris istehsalçısı olan “Diamed Co” zavodunun məhsulu Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisində nümayiş etdirilib.

“Diamed Co” şpris istehsalı zavodu  Beynəlxalq sərgidə “BEST CORPORATE STYLE” (ən yaxşı korporativ üslub) SERTİFİKATINA layiq görülüb.  Sertifikat “Diamed Co” şpris istehsalı zavodunun direktoru Samirə Hüseynovaya təqdim edilib.

__________________________

#DiamedCo #Medinex #exhibition #tibbsergisi #medicalexhibition #exhibitionbaku

Axtar

+
malatya escort bursa escort antalya escort konya escort