“Diamed Co” zavodunun istehsal etdiyi şprislər Beynəlxalq Sərgidə

6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK)  dəstəyi, “Caspian Event Organisers” (СEO)  şirkətinin  təşkilatcılığı ilə Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbir olan “Medinex” – Tibb İnnovasiyaları Sərgi və Forumu keçirilib.

Sərginin ekspozisiyası dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan. Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirib.

“Made in Azerbaijan” brendi altında təqdim edilən ölkəmizdə ilk şpris istehsalçısı olan “Diamed Co” zavodunun məhsulu Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisində nümayiş etdirilib.

 

#Diamed #DiamedŞprisIstehsalıZavodu #Baku #Azərbaycan #MadeinAzerbaijan

Search

+