“Baku Clinic”-in Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Dr. Sənan Cəfərovun “Atəşgah” SŞ-nin əməkdaşlarına təqdim etdiyi seminar böyük marağa səbəb olub

Sentyabrın 10-da Baku Clinic tərəfindən “Atəşgah” Sığorta Şirkətində “Bel və boyun ağrılarından azad olaq” mövzusunda seminar keçirilib. Seminarda “Baku Clinic”-in Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri  Dr. Sənan Cəfərov çıxış edərək bel və boyun ağrılarının yaranma səbəbləri, ehtimal olunan xəstəliklər haqqında məlumat verib. İştirakçılar bel və boyun ağrılarından azad olmaq üçün  idman hərəkətlərinə cəlb olunublar.

Dr. Sənan Cəfərov bel və boyun ağrılarında fizioterapiyanın önəmindən bəhs edərək bildirib ki, Baku Clinic-in Fizioterapiya və reabilitasiya şöbəsində peşəkar mütəxəssislər və müasir tibbi avadanlıqların köməyilə cərrahi əməliyyata ehtiyac qalmadan yüksək nəticəli müalicələr həyata keçirilir, xüsusi yaradılmış şəraitilə bütün pasiyentlərə fərdi nəzarət olunur.

Auditoriyanın böyük marağına səbəb olan seminarın sonunda Dr. Sənan Cəfərov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Axtar

+