TƏŞƏKKÜR MƏKTUBU

Pasiyentlərin böyük rəğbətini və etbarını qazanmış, peşəkar həkim, tibb üzrə fəlsəfə doktoru, dosent, yüksək ixtisaslı Endokrinoloq Dr. Lalə Səlimxanova üçün daxil olmuş təşəkkür məktubunu sizə təqdim edirik:

“Endokrinoloq Dr. Lalə Səlimxanova ilə tanışlıq məni əməliyyat masasından geri döndərdi.
Dr. Lalə Səlimxanova mənim mələyimə çevrildi. Zəhərli zobla 2 il apardığım mübarizədən sonra ümidlərimin kəsildiyi vaxtda bu həkim 3 aya məni sağlam vəziyyətə qaytardı. Odur ki, ona həyatımı borcluyam. “SƏN ANA OLA BİLƏRSƏN” – xəbərini verəndə həyatda aldığım ən gözəl an oldu o xəbər. Zobla mübarizədə, hormonal pozğunluqda tanışlara, yaxınlara ancaq endokrinoloq Dr. Lalə Səlimxanovaya güvənməyi məsləhət görürəm. SİZƏ BİR HƏYAT BORCLUYAM!”

Search

+