Azərbaycanda ilk şpris zavodu olan “Diamed Co” MMC-nin dəstəyi ilə, “Baku Clinic” tibb mərkəzi Pirallahı sakinlərinə Dünya Hepatitlə Mübarizə Günü ilə bağlı ödənişsiz müayinələr keçirildi

29 Jul 2019 News

Azərbaycanda ilk şpris zavodu olan “Diamed Co” MMC-nin dəstəyi və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatcılığı ilə, “Baku Clinic” tibb mərkəzi tərəfindən Ümumdünya Hepatit Günü münasibətilə “Gizli qatil HEPATİT bəlkə səni təqib edir?!” şüarı altında rayon sakinləri üçün könüllülük prinsipi əsasında, ödənişsiz müayinələr keçirildi.

Tədbir zamanı  “Diamed Co” MMC şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova, “Baku Clinic” tibb mərkəzinin baş həkimi Leyla Abdullayeva və yüksək ixtisaslı Qastroenteroloq-Hepatoloq  Dr. Ülviyyə Məmmədova çıxış etdilər. Onlar bildirdilər ki, müayinələrin təşkilində əsas məqsəd əhalini hepatit virusları haqqında maarifləndirmək, ilkin müayinələrin aparılması, virusları vaxtında aşkarlamaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.

Qeyd edək ki, aksiya çərçivəsində Pirallahı sakinlərində Hepatit B və Hepatit C virusunun təyini zamanı “Diamed Co” MMC-nin  istehsal etdiyi şprislərdən istifadə olunub. Qan alınarkən iştirakçılar heç bir ağrı hiss etmədiklərini, yerli istehsalın bu qədər keyfiyyətli olması ilə fəxr etdiklərini bildiriblər.

 

Search

+