Kiçik toxunuş böyük təhlükədən qoruyar!

Əziz xanımlar,

Özünüzü müayinə etmək üçün 10 dəqiqənizi əsirgəməyin.
Hər bir qadın süd vəzlərini özü tərəfindən ayda 1 dəfədən az olmayaraq müayinə etməlidir.
Normal menstruasiya olan qadınlarda tsiklin 7-14-cü günündə, menstruasiya qeyri-mütəmadi olan və ya tamamilə olmayan qadınlar isə ayda bir dəfə eyni tarixdə müayinə aparmalıdır.

1. Güzgü qarşısında qollar aşağı sallanmış şəkildə baxın.

2. Qolları yuxarı qaldıraraq baxın(dəridə, gilədə, süd vəzin formasında, ölçüsündə dəyişiklik varmı?

3. Sağ əli başın arxasında tutmaqla yavaş dairəvi hərəkətlərlə sol süd vəzini və eyni hərəkərlə sol süd vəzini müayinə edin (sərtlik, şişkinlik, düyün əllənirmi?)

4. Baş barmaqla şəhadət barmağı arsında hər iki süd vəzin gilələrini sıxıb baxın (ifrazat gəlirmi?)

5. Uzanmış vəziyyətdə də süd vəzilərin kənarlarından giləyə doğru yüngül dairəvi hərəkətlərlə müayinə edin.

6. Sağ və sol qoltuqaltı nahiyyələri də dairəvi hərəkətlərlə yoxlayın.

Süd vəzlərində və ya limfa düyünlərində problem aşkar etdikdə Baku Clinic-in həkim-mammoloqlarına müraciət edə bilərsiniz.

Поиск

+