Pulsuz Terapevt-Qastroenteroloq-Hepatoloq konsultasiyası!

“Tibb işçiləri günü” münasibətilə 17 İyun Klinikamızın peşakar həkimi Terapevt-Qastroenteroloq-Hepatoloqu Ülviyyə Məmmədova tərəfindən pulsuz konsultasiya keçiriləcək.
Ülviyyə Məmmədova Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2008-ci ildə Türkiyənin Ankara Hacettepe Universitetində, 2009-cu ildə İtaliyanın University Hospital Policlinic of Catania Daxili xəstəliklər, Qastroenterologiya və Hepatologiya şöbələrində təcrübə keçib. 2011-2012-ci illərdə Türkiyə İstanbul Tibb Universiteti Cərrahpaşa Tibb fakültəsi Qastroenterologiya və Hepatologiya şöbəsində təcrübə kursu keçib. Beynəlxalq konfrans və simpoziumların aktiv iştirakçısıdır. Asiya-Pasifik Ölkələri Qaraciyər Araşdırmaları Dərnəyinin (APASL), Avropa Qaraciyər Araşdırmaları Dərnəyinin (EASL) həqiqi üzvü, Türkiyə Qaraciyər Araşdırmaları Dərnəyinin (TKAD) fəxri üzvüdür.

FƏALİYYƏT SAHƏLƏRİ:
●Virus hepatitlərinin (C,B,D və s) diaqnostikası və müalicəsi;
●Alkoqola bağlı qaraciyər xəstəlikləri;
●Qeyri alkoqol mənşəli xəstəlikləri (nonalkoqol qaraciyər yağlanması);
●Qaraciyər sirrozu;
●Hamilələrdə qaraciyər patologiyaları (hamiləlik xolestazı,hamiləlikdə virus hepatitləri və s);
●Xolestatik qaraciyər xəstəlikləri;
●Autoimmun qaraciyər xəstəlikləri (Autoimmun hepatitlər, Primer biliar sirroz, Primer sklerozan xolangit və s);
●Qaraciyərin vaskulyar xəstəlikləri (Budd-Chiari, Portal hipertenziyalar, Portal vena trombozu) diaqnostikası və müalicəsi;
● Qaraciyərin Metobolik (Wilson, Herediter hemaxramatozis, Alfa antitripsin çatışmazlığı) xəstəlikləri;
●Toksik hepatitlər;
●Qaraciyərin kistik xəstəlikləri;
●Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi;
●Qastritlər;
●Qəbizlik və diareyalar;
●Parazitar bağırsaq xəstəlikləri;
●Malabsorbsiya, dispeptik sindromlar;
və s.

Ətraflı məlumat üçün:
(+99412) 465 06 06
(+99450) 203 11 23

Ak. Həsən Əliyev küç. 101

Axtar

+