“Bu günün uşaqları, gələcəyin həkimləri”

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqların şənlik, xoşbəxtlik və gələcəyə ümid bayramıdır. Yaxın günlərdə 20 illik yubileyini qeyd edən Baku Clinic hər il olduğu kimi, bu bayramı möhtəşəm şəkildə qeyd edib.
Dünyada hər 10 uşaqdan 7-si gələcəkdə həkim olmağı arzulayır. Baku Clinic bu arzuda olan bir qrup uşağı klinikaya dəvət edib. Uşaqları salamlayan Baku Clinic-nin baş həkimi Leyla Abdullayeva onlara sağlamlıq və xoşbəxt həyat arzulayıb. Klinika ilə tanış olan uşaqlar sonra isə iclas keçiriblər.
Sonda Baku Clinic tərəfindən uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Baku Clinic-də təşkil olunan “Bu günün uşaqları, gələcəyin həkimləri” tədbiri ümid edirik ki, uşaqların daim yaddaşlarında qalacaq, onların tibbə və həkimliyə marağını daha da artıracaq.

Axtar

+