FİBROSKAN

Fibroskan qaraciyər sərtliyini (elastikliyini) insan bədəninə hər hansı müdaxilə (biopsiya kimi) etmədən, sürətli, ağrısız, sadəcə ultrasəs dalğaları vasitəsilə ölçə bilən yüksək texnologiyalı tibbi cihazdır. Müayinə nəticəsinin qısa zamanda bəli olması, ağrısız, heç bir ön hazırlıq, aclıq və ya toxluq tələb etmədən aparıla bilən müayinə metodudur.
Qaraciyər xəstəliklərinin diaqnostikasında qızıl standard hesab olunan biopsiyanın invaziv olması, çox zaman xəstəxanada yatmaq məcburiyyəti, uzunmüddətli müşahidə (4-6 saat) və nəzarət tələb etməsi, tez-tez təkrarlanmasının tövsiyə olunmaması və baş verə biləcək ciddi ağırlaşmalar kimi səbəblərdən fibroskan vasitəsilə əksər hallarda biopsiya etmədən də qaraciyərdəki fibrozu dəyərləndirmək artıq mümkündür.

Hansı xəstəliklər zamanı fibroscan muayinəsi təyin oluna bilər?

– Xroniki Hepatit C xəstələrində diaqnoz, müalicə kursunun seçilməsi və virus əleyhinə müalicəyə nəzarət
– Qaraciyər transplantassiyasından sonra xroniki Hepatit C xəstələrində diaqnoz, müalicənin nəzarətdə saxlanılması
– Xroniki Hepatit B xəstələrində diaqnoz, müalicə kursunun seçilməsi və virus əleyhinə müalicəyə nəzarət
– Son dövrlərdə tez-tez rast gəlinən qeyri-alkoqol mənşəli qaraciyər yağlanmasının diaqnostikası, müalicə kursunun seçilməsi və müalicəyə nəzarət
– Alkoqol mənşəli qaraciyər xəstəliyinin diaqnostikası və müalicəyə nəzarət
– Xroniki xolestatik qaraciyər xəstəlikləri, Avtoimmun hepatitlər, –
Metabolik qaraciyər xəstəlikləri, dərman mənşəli qaraciyər xəstəliklərinin diaqnostikası, müalicə kursunun seçilməsi və müalicəyə nəzarət
– Serroz xəstələrində ağırlaşmaların baş vermə riski və proqnozu

Yüksək mütəxəssilər tərəfindən Ağrisiz, Risksiz, Dəqiq, Sürətli Fibroscan muayinəsi “Baku Clinc” də

 

 

Axtar

+